"Dövlət Proqramı"na qəbul barədə tez-tez verilən suallara cavab

Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı

Vəli Hüseynov

ABŞ, Boston Universiteti

Xaricdə təhsil üzrə Dövlət proqramı və Fulbright magistr proqramı çərçivəsində təhsilin siyasəti, planlaşdırılması və idarə olunması ixtisası üzrə magistr dərəcəsini almağım qürurverici bir hissdir və hal-hazırda təhsil, təcrübə və dəyərlərimə söykənən töhfəni dövlətimə xidmətim ilə verməklə özümü faydalı bir vətəndaş kimi hiss edirəm.

Mətin İbrahimov

ABŞ, Harvard Universiteti

ABŞ-ın ən nüfuzlu universitetlərində tədqiqat aparmaq arzularım gerçəkləşdi. Mənə ölkəmizin təhsil sahəsində rəqabətə qoşulma və xalqıma xidmət etmək fürsəti tanıdı

Həsənli Məmmədrəhim

Kanada, Toronto Universiteti

Dövlət Proqramı çəçrivəsində Kanadada təhsil almaq mənim üçün böyük bir şansdır. Bu Proqram vasitəsi ilə mən və mənim kimi bir çox gənc xarici ölkələrdə tam təmənnasız şəkildə təhsil alaraq yüksək ixtisas sahibi olur. Bu da Azərbaycanın daha güclü inkişafı üçün atılmış çox doğru bir addımdır

Elman Qədirov

Jurnalist

Təqaüdlərin təyin olunması mexanizminə gəlincə, bu prosesin bilavasitə şahidi kimi öz müşahidələrim əsasında gəldiyim qənaəti bölüşmək istərdim: Təhsil Nazirliyində bu iş yetərincə şəffaf və obyektiv aparılır, təqaüdlər ona layiq olanlara verilir

Leyli Musayeva

Mütəxəssis, Bakı Nəqliyyat 7 ASC

Yüksək, əvəzsiz dəyərə malik xaricdə təhsil üzrə Dövlət Proqramının dəstəyi bizim ailəmizə də nəsib oldu. Biz də bu proqramdan heç bir maneə olmadan bəhrələndik. Əminliklə deyə bilərəm ki, Dövlət Proqramının dəstəyi, köməyi olmasaydı oğlumun əldə etdiyi uğur və nailiyyətlər mümkün olmayacaqdı

Ümumi: Cəmi Hit : 3388321 Host : 903879
Aylıq: Cəmi Hit : 106668 Host : 27538
Günlük: Cəmi Hit : 4403 Host : 1089